1 İyun 2017 01:12
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay mövsümünün əvəzedilməz meyvəsi çiyələyi sevməyən yəqin ki, az adam var. Amma çoxları çiyələyin faydalarından xəbərsizdir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, çiyələklər iştah açır, dəri xəstəliklərində də təsirlidir. Eyni zamanda qanı təmizləyir.

Böyrək və mədə-bağırsaq xəstəliklərində yüksək təzyiq və xolesterolu salmaqda, boğaz ağrıları və diş ətinin gücləndirilməsində, ağız qoxusunun aradan qaldırılmasında müsbət rolu var.

Çiyələyin tərkibi A, B, C vitaminləri, dəmir, kalium kimi minerallarla zəngin olduğundan qida dəyəri də olduqca yüksəkdir. Bağırsaq qurdlarının tökülməsinə səbəb olur.

Hollivud ulduzları dişlərinə çiyələklə masaj edir və bununla dişlərin ağarmasına nail olurlar.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com