1 İyun 2017 14:44
2 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial şəbəkələrin aktiv xanımları balacalar üçün şənlik təşkil edib.

Teleqraf.com xəbər verir ki, mərasim balacaların milli rəqsi ilə başlayıb. Megas uşaq qrupunun ifaları tədbirə xüsusi rəng qatıb. Əyləncəli oyunlar keçirilib, uşaqlara ödənişsiz “Face art” təşkil olunub. Eyni zamanda Müasir Psixologiya Mərkəzinin psixoloqları balacalara ödənişsiz psixodiaqnostika keçiriblər. Qrupun bacarıqlı xanımları tərəfindən uşaqlar üçün hazırlanan müxtəlif hədiyyələr paylanıb.

Tədbirin təşkilatçısı Müasir Psixologiya Mərkəzinin psixoloqu Nərgiz Süleymanlı əyləncəli günlə bağlı təəssüratlarını bölüşüb: “Körpəm və Mən official” qrupu olaraq uşaqlarımız üçün bir araya toplaşdıq. Onların əyləncəsi üçün hər məqamı nəzərə almışıq. Qrupun bacarıqlı xanımları da bu təşkilatçılıqda yaxından və canla-başla iştirak etdilər. İki aylıq əziyyətimin yorğunluğunu balacalarımızın üzündəki gülüş və sevinci görərək hiss etmirəm. Aramızda serebral iflic olan Fatimə balamız da var idi. Xanımlar mərasimdə əl işlərinin satışını həyata keçirdilər və əldə olunan vəsaiti balamızın müalicəsi üçün bağışladılar. Biz bu əyləncəli şənlikdə qrupumuzun birliyini nümayiş etdirdik və bu, sonuncu olmayacaq . Bu aksiyada mənə dayaq olan anama və yoldaşıma xüsusi minnətdaram. Onu da qeyd edim ki, bu yaxınlarda Fatimə balamız üçün xeyriyyə konsertində bir araya gəlməyi planlaşdırırıq”.

Qeyd edək ki, 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb .


Müəllif: Nərgiz