1 İyun 2017 16:31
3 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 15:48

Azərbaycan Prezidenti İlham Əliyev yeni köməçi təyin edib.

Teleqraf.com xəbər verir ki, Fuad Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Qeyd edək ki, buna qədər prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev olub.

***

Saat 16:00

Prezident İlham Əliyev struktur dəyişiklikləri çərçivəsində ümumilikdə 5 yeni köməkçi təyin edib.

Məlumatlara görə, prezidentin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov və köməkçisi Dilarə Seyidzadə təyin olunub.

***

Saat 16:25

Prezident İlham Əliyev sərəncamı ilə Natiq Əmirov prezidentin sənaye və iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, N.Əmirov buna qədər prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsini icra edib.

***

İlham Əliyevin digər sərəncamına əsasən Cəmilə Abbasova prezidentin köməkçisi təyin olunub.

Xatırladaq ki, Cəmilə Abbasova buna qədər prezidentin referenti vəzifəsini icra edib.


Müəllif: Teleqraf.com