2 İyun 2017 12:57
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən “Teleqraf Holdinq”in yeni layihəsi http://xocali.ws/ saytı işə başlayır.

Teleqraf.com xəbər verir ki, saytın fəaliyyətə başlamasının əsl məqsədlərindən biri xalqımızın yaşadığı gerçəkləri beynəlxalq aləmə çatdırmaq, ermənilərin yalanlarını ifşa edib həqiqəti bir daha üzə çıxarmaqdır.

Məlumdur ki, XX əsrdə həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda ermənilər havadarlarının dəstəyi ilə türk-müsəlman əhaliyə qarşı dəfələrlə kütləvi qırğınlar törədib və deportasiyalar həyata keçiriblər. Lakin həmişə ermənilər tarixi saxtalaşdıraraq özlərini dünyaya soyqırıma məruz qoyulan xalq kimi təqdim edirlər.

Təəssüf ki, nəinki ermənilərin XX əsrin əvvəllərində törətdikləri qırğınlar, hətta 1991-1994-cü illərdə Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri ağlasığmaz cinayətlər beynəlxalq təşkilatlar və dünyada söz sahibi olan dövlətlər tərəfindən birmənalı olaraq sükutla qarşılanıb. Ermənilərə havadarlıq edən dövlətlər və beynəlxalq qurumlar guya 1915-ci ildə baş vermiş “erməni soyqırımı”nı tanımaqla tarixi gerçəkliyin üzə çıxmasına əngəl olmağa çalışırlar.
Bu gün də Azərbaycan xalqına qarşı həyata keçirdikləri Xocalı kimi soyqırım cinayətini ermənilərin deyil, guya azərbaycanlıların özlərinin törətdiklərini həyasızcasına dünya ictimaiyyətinə çatdırırlar. Sözsüz ki, çağdaş dünya informasiya üzərindən özünə çəki-düzən verir. Düşmən tərəfin dünya çapında əleyhimizə apardığı bütün sahələrdəki təbliğatları istər-istəməz öz təsirini göstərir. http://xocali.ws/ saytı həm də bu ehtiyacdan yaradılıb.

Sayt xalqımızın yaşadığı gerçəkləri, düşmənə qarşı hər cəbhədə apardığı savaş və mübarizəsini bütün çılpaqlığıyla ortaya qoyacaq. Bu baxımdan istifadə ediləcək mənbələr, yayımlanacaq məlumatlarla sayt üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirəcək. İlkin mərhələdə Azərbaycan dilində fəaliyyət göstərən saytın, gələcəkdə digər dillərdə versiyalarının yaradılması nəzərdə tutulub.


Müəllif: Teleqraf.com