2 İyun 2017 14:40
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgələrdə intensiv yağışlar kənd təsərrüfatına və məhsuldarlığa mənfi təsir göstərməyəcək.

Bu sözləri Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Teleqraf.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, yağan yağışlar xüsusilə taxılçılığa və dəmyə bölgələrində əkilmiş taxıl sahələrinə müsbət təsir edir:

“Çünki indi taxılda sümbüllənmə, dən dolma fazası gedir. Bu fazada taxılın suya tələbatı daha çox olur. Ona görə də, hesab edirik ki, yağan yağışların taxılçılığa, yaz əkininə, pambığa faydası var. Həmçinin tərəvəzçilik üçün də yaxşıdır”.

Murtuzəli Hacıyev əlavə edib ki, nazirlik bölgələrdən mütəmadi məlumatlar alır:

“Rayonlara yağan yağış və dolu lokal xarakter daşıyır. Bəzi aran bölgələrində taxılın yatmasına səbəb olub. Ümumilikdə heç bir ciddi fəsad törətməyib”.


Müəllif: Şəfiqə Nazimqızı