2 İyun 2017 17:57

Fransa Prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır və münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez Fransanın yeni prezidentinin Qarabağ münaqişəsinə dair mövqeyi barədə danışarkən deyib.

Onun sözlərinə görə, prioritet olan münaqişənin sülh yolu ilə həll edilməsidir: "Bu problemin həllində Minsk qrupunun səylərini vurğulamaq istəyirəm. Güman edirəm ki, prezident Makron da münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır".


Müəllif: Nərgiz
Загрузка...