2 İyun 2017 23:25
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarına dəyişiklik edib.

Teleqraf.com-un məlumatına görə, dəyişikliyə görə, "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"nin 1.2-ci bəndinin üçüncü abzasından "və parklanması" sözləri çıxarılıb.

Bu dəyişiklik edilən qədər qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili hesab edilirdi.

Yeni dəyişikliyə görə isə qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili hesab ediləcək. Yəni artıq qaraj parklanma adlandırılmayacaq.

Yeni dəyişiklik iyul ayının 1-dən qüvvəyə minir.


Müəllif: Teleqraf.com