3 İyun 2017 00:18
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) icra olunan “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində Goranboy rayonunda Dövlət strukturları, KİV, QHT nümayəndələri və əliliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil olunub.

Həyata keçirilən tədbir nəticəsində hərəkət imkanları məhdud olan insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim edəcəklər.

Tədbirin məqsədi hərəkət imkanları məhdud olan insanların yaşam şəraitinin yaxşılaşdırılması və eyni zamanda onların hüquqlarının qorunmasının gücləndirilməsidir. Layihə həyata keçirilən Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarılarında hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunub.

Layihə çərçivəsində yaradılmış “Çağrı Mərkəzi”ndə hərəkət imkanları məhdud insanlara hüquqi yardım göstərilmiş, onların reabilitasiya və sosial problemləri ilə bağlı məsləhətlərin verilməsi təşkil olunmuşdur. Layihənin icrası nəticəsində hədəf rayonlarda xeyli sayda hərəkət imkanları məhdud olan insanlar öz hüquqları sahəsində yeni bilik və bacarıqlar əldə etmişdirlər. Layihə Layihə icraçısı, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2005-ci ildə təhsilini beynəlxalq universitetlərdə almış iqtisadçı və sosial iş ekspertləri tərəfindən yaradılıb. Mərkəzin əsas məqsədi ölkədə həyata keçirilən sosial və iqtisadi islahatları dəstəkləmək, şəffaflığın artırılması və korrupsiyanın azaldılmasına yardım etmək, iqtisadi və sosial araşdırmalar aparmaq, cəmiyyətdə məlumatlılığı artırmaq, yoxsulluğun azaldılmasına kömək etməkdən ibarətdir.


Müəllif: Teleqraf.com