3 İyun 2017 10:59
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1962-ci il təvəllüdlü Proişe Reyhan Yuryevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:11-də başa çatıb.


Müəllif: Şəfiqə Nazimqızı