3 İyun 2017 10:15
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi kütləvi informasiya vasitələrində iyunun 1-də Xırdalan şəhərində yerləşən, Cəbrayıl rayonuna aid məktəbin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloji taboruna məxsus itlərdən birinin hücumuna məruz qalması barədə əsassız məlumat yayılıb.

Teleqraf.com Nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, qeyd olunan məktəbin yaxınlığında yerləşən FHN-ə məxsus qurumda itlər saxlanılmır:

"Bir daha diqqətə çatdırırıq ki, yayılmış məlumatın heç bir əsası yoxdur".


Müəllif: Şəfiqə Nazimqızı