3 İyun 2017 12:39
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi ongünlük normanın 56 faizini təşkil edir. 2016-cı ildə ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici ongünlük normanın 72 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Kürün Surra məntəqəsində 26 sm artım, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.


Müəllif: Şəfiqə Nazimqızı