3 İyun 2017 13:49
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xroniki bronxit - bronxların xroniki iltihabi xəstəliyidir.

Axar.az xəbər verir ki, xəstəliyin əsas simptomu olan öskürək - vacib qoruyucu mexanizmdir, onun köməyi ilə havaçıxarıcı yollar təmizlənir. Son illər 16 Avropa ölkəsində 18 min insan arasında aparılan epidemioloji tədqiqatlar göstərir ki, insanların 10% - ə yaxını xroniki quru və yaş öskürəkdən əziyyət çəkir, təxminən elə o qədərinə də xroniki bronxit diaqnozu qoyulub.

Statistikaya görə, XX əsrin əvvəllərində xəstəliklərin yalnız 50%-i xroniki hala keçirdi. Amma hazırda bu göstərici 90%-ə çatıb.

Həmin statiskaya görə, əgər əvvəllər xroniki xəstəliklər nəticəsində əhali ölümü 45% təşkil edirdisə, hazırda bu, 80%-ə qədər artıb.

Məhz buna görə son onilliklərdə biotənzimləyici təbabət populyarlıq qazanıb.

Bioloji tənzimləyici təbabət xəstəyə və xəstəliklərə yanaşmasına görə klassik akademik təbabətdən köklü sürətdə fərqlənir.

Xroniki bronxitin bioloji müalicəsi daha az antibiotik və kimyəvi dərmanların istifadəsinə şərait yaradaraq, immunodefisit vəziyyətləri aradan qaldırır və xəstəliyin daha tez və fəsadsız sağalmasına köməklik göstərir.

Qeyd edək ki, Bioloji Təbabət Klinikasında iyun ayının 12-dən 17-dək Kolumbiyadan dəvət edilmiş Professor Arturo O'Birne tərəfindən xəstə qəbulu və seminar həyata keçiriləcək.

Xəstə qəbulu: 12.06-17.06.2017, hər gün saat 09:00-dan 13:00-dək aşağıdakı xəstəliklər üzrə olacaq:

Mədə-bağırsaq traktı xəstəlikləri

Tənəffüs sistemi xəstəlikləri

Autoimmun xəstəliklər

Revmatoloji xəstəliklər

Sidik-cinsiyyət sistemi xəstəlikləri

Allergik xəstəliklər.


Müəllif: Teleqraf.com