5 İyun 2017 09:12
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ilk sualtı fotoqrafı, 41 il öncə dünyasını dəyişmiş Mustafa Kapkının 60 il öncə çəkdiyi fotolar su altında nümayiş etdiriləcək.

Teleqraf.com "DHA" agentliyinə istinadən xəbər verir ki, sərgidə yalnız dalğıclar iştirak edə biləcəklər. Sərgidə dünyanın bir çox ölkələrində ayrı-ayrı fotoqrafların çəkdiyi sualtı fotolar da sərgilənəcək.

Mustafa Kapkının 1957-ci ildə şəxsi imkanları hesabına hazırladığı sualtı fotoqraf qurğusu Bodrumda idmançıların, turistlərin sualtı və su üstü yarışlarını, əyləncələrini yaddaşa köçürüb.


Müəllif: Ruslan Xəlil