5 İyun 2017 10:31
3 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevin doğum günüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev uzun illər Londonda yaşayıb, Böyük Britaniyada təhsil alıb, magistr təhsilini də orada davam etdirib.

Prezidentin qızları Leyla və Arzu Əliyevalar Azər və böyük qardaşı Jiraf Əliyevlə birgə foto çəkdirib və sosial şəbəkədə bibisi oğlanlarını təbrik ediblər.

Leyla Əliyeva rəsmi instaqram səhifəsində Azər Əliyevi belə təbrik edib: “Mehriban, ağıllı, güclü qardaşım və ən yaxşı dostum Azəri təbrik edirəm! Xoşbəxtlik arzulayıram və çox sevirəm!”

Qeyd edək ki, Sevil Əliyevanın böyük oğlu Jiraf Əliyev də idmanla məşğul olur. Jiraf Əliyev 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycan yığma komandasının tərkibində çıxış edib. Bu mötəbər yarışda Jiraf Əliyev 5-ci yeri tutub.


Müəllif: Kəmalə