5 İyun 2017 15:55
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-də açıqlanan ABŞ-ın qeyri-kənd təsərrüfatı sektoru üzrə məşğulluq göstəricisi dolların ucuzlaşmasına səbəb olub.

Report xəbər verir ki, məşğulluğun gözləntiləri doğrultmaması və bununla yanaşı əmək haqlarında artımın baş verməməsi investorları məyus edib. İyun ayının 13-14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında uçot dərəcəsi artırılsa belə, 2017-ci il üçün digər 1 və ya 2 artım qərarının baş tutma ehtimalı 50%-dən aşağı düşüb. Bəzi analitiklər isə hətta iyun iclasında da faizlərin artırılmayacağını düşünürlər. Bu səbəbdən dollar qlobal valyuta bazarında ucuzlaşmağa başlayıb və prosesin bir müddət daha davam edəcəyi gözlənilir.

Qeyd edk ki, hazırda əsas valyuta cütlüyü sayılan avro/dolların məzənnəsi son 7 ayın maksimal həddinə yüksəlib və 1,1270 USD/EUR səviyyəsində yer alır. Məzənnənin ilk mərhələdə 1,1320 USD/EUR, daha sonra isə 1,1470 USD/EUR-a qədər arta biləcəyi istisna edilmir. Lakin, gələn ildən etibarən ABŞ dollarında yenidən möhkəmlənmə trendinin başlayacağı və avro ilə məzənnənin paritetdən aşağı düşəcəyi proqnozlaşdırılır.


Müəllif: Teleqraf.com