7 İyun 2017 19:58
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com "Məşhur məktublar" layihəsində məşhur Fransa yazıçısı Qustav Floberin xanımı Luiza Koleyə yazdığı məktubu təqdim edir:

Əziz İlham Pərim, sən mənə çox riqqətli sözlər deyirsən. Еh bien (indisə), mən bu sözlərinə sənin hətta təsəvvür belə edə bilməyəcəyin lətif sözlərimlə cavab verirəm.

Sənin məhəbbətin məni qidalandırır. Sənin isti yağışa bənzəyən sözlərinlə özümü qəlbimin dərinliklərinə kimi yuyunmuş hiss edirəm. Səndə məgər elə bir şey varmı ki, mənim sevgimə layiq olmasın - vücud, ağıl, zəriflik? Sən açıq qəlblisən, dərrakəcə güclüsən. Səndə poetik olan az şey var, amma sən əsl şairsən. Sən başdan ayağa zərifsən. Sən öz məmənə bənzəyirsən - onun kimi ağappaq və yumşaqsan. Sən mənim əvvəllər tanıdığım heç bir qadınla müqayisə oluna bilməzsən!

Çətin ki, mənim arzuladıqlarım sənə bərabər olsun. Hərdən mən qocalanda sənin üzünün necə olacağını təsəvvür etməyə çalışıram və mənə elə gəlir ki, onda da səni sevəcəyəm, hətta ola bilsin, indikindən də çox sevəcəyəm!


Müəllif: Könül Əlibəyli