12 İyun 2017 00:28
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə bir gündə 3 nəfəri ilan sancıb.

Teleqraf.com "xezer-xeber"ə istinadən xəbər verir ki, rayonun Sarıtəpə kənd sakini, 41 yaşlı Nazilə Cəfərova həyətyanı sahədə işləyərkən ilan sağ əlindən sancıb. Dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıya lazımi tibbi yardım göstərilib.

Rayonun Zəyəm qəsəbə sakini, 69 yaşlı Qaratel Hüseynovanı da ilan sağ əlindən sancıb. Həkimlərin müdaxiləsindən sonra onun da vəziyyəti qənaətbəxşdir. İlan sancan daha bir şəmkirli isə Bayramlı kənd sakini, 48 yaşlı İsa Xudaverdiyevdir. Onun vəziyyəti daha yüngül olduğu üçün ilkin yardımdan sonra evə buraxılıb.

İlan sancan hər üç şəxsə zəhər əleyhinə zərdab vurulub.


Müəllif: Teleqraf.com