13 İyun 2017 10:56
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-sabit hava şəraiti Tovuz rayonunda təsərrüfata ziyan vurub.

Tovuz rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilir ki, iyunun 12-də gecə saatlarında rayonun 6 kəndinə dolu düşüb. Hadisə nəticəsində rayonun Əlimərdanlı, Şıx Heybət, Muncuqlu, Qoşa, Pələkli və Çatax kəndlərində kartof sahələrinə ziyan dəyib ki, bunun da məhsuldarlığa təsiri qaçılmazdır. Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır.

İcra Hakimiyyətindən bildiriblər ki, hadisə nəticəsində rayon ərazisindəki evlərə, obyekt və yollara ziddi ziyan dəyməyib.


Müəllif: Teleqraf.com