15 İyun 2017 00:25
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da başından yapışmış siam əkizləri 11 saatlıq əməliyyatla biri-birindən ayrılıb.

Teleqraf.com-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Filadelfiya şəhərindəki uşaq xəstəxanasının cərrahı Jesse Teylor bildirib ki, 10 aylıq əkiz bacılar - Erin və Abbi Delaneylərin cərrahiyyə əməliyyatları uğurlu keçib:

“Siam əkizlərini ayırmaq son dərəcə mürəkkəb əməliyyatdır. Sağalma prosesi uzun çəkir. Delaney bacılarının əməliyyatı son dərəcə uğurlu keçib”.

Qeyd edək ki, Erin və Abby Şimali Karolina ştatında ötən ilin iyul ayında vaxtından qabaq doğulublar.

Bu bacılar 60 ildə Filadelfiya Uşaq Xəstəxanasında başlarından əməliyyatla ayrılan 23-cü siam əkizləridir.


Müəllif: İlhamə Əbülfət