18 İyun 2017 14:27
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev tutduğu vəzifəsindən azad edilib.

Report xəbər verir ki, Ş. Ağayev Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu vəzifələrə qədər Füzuli, Cəbrayıl və Biləsuvar rayonlarının dövlət yol polisi bölmələrinin rəisi vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com