19 İyun 2017 13:41
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu il istifadəyə veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşdə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars yolunun istifadə tarifi tək Azərbaycandan asılı deyil: "Bu qərar Türkiyə tərəfdən də asılıdır. İyul ayının 4 və ya 5-də Türkiyənin Qars şəhərində nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arsalan və Gürcüstanın dəmiryol rəhbərləri ilə görüşüb tarixin nə vaxt olduğunu dəqiqləşdirəcəyik".

Cavid Qurbanov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryoli xətti bu il istifadəyə veriləcək.


Müəllif: İlhamə Əbülfət