18 İyul 2014 15:10
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında sərgi keçirilib.

Teleqraf.com xəbər verir ki, qalereya rəhbərliyi tərəfindən təşkil olunmuş sərgidə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rəssamlar və digər qonaqlar iştirak ediblər. Tədbirdə şəhərin rəssamlarının çəkdiyi şəkillər, kiçik heykəllər, milli geyimlər və xalça üzərində işlənmiş əl işləri nümayiş etdirilib.

Gənc heykəltəraş Vüqar İmanquliyevin hazırladığı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun heykəli sərginin əsas diqqət çəkən əsəri olub. Burada heykəlin bürüncdən hazırlanmış eskizini nümayiş etdirən heykəltəraş saytımıza açıqlamasında bildirib ki, milli qəhrəmanın əsas heykəlini emalatxanada saxlayır.

Gənc heykəltaraşın emalatxanasından hazırladığımız reportajı sabah saytımızdan oxuya bilərsiniz.

Anar Kəlbiyev


Müəllif: