22 İyun 2017 22:34
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyə İran səfirliyi hələ də hər il mayın 8-də “Beynəlxalq Şuşa günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi” adlı konfrans keçirmir? Axı bizlər də müsəlman olaraq bilmək istəyirik ki, Qarabağ məsələsində, Şuşa ilə bağlı İslam dünyasında işğalçılara qarşı həmrəy olanlarla işğalçılarla həmrəy olanlar kimlərdir?

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Bakıda keçirilən Beynəlxalq Qüds günü ilə bağlı tədbirə münasibət bildirərkən deyib.

Hər bir işdə məntiqi görməyə çalışdığını deyən Fazil Mustafa qeyd edib ki, Bakıdakı İran səfirliyinin təşkilatçılığı ilə “Beynəlxalq Qüds günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi” adlı konfrans keçirilmə niyyəti ilə bir işi yoxdur: “Məlumdur, Qüdslə bağlı problemi diqqət mərkəzinə gətirmək istəyiblər. Hər il bu adda tədbirlər keçirilir və müsəlmanların Qüds üzərindən İsraillə barışmazlığını nümayiş etdirirlər. Ancaq məni düşündürən budur ki, niyə Qüds məsələsində işğalçılara qarşı həmrəy olmaq şərəfli bir davranış sayılır, ancaq Şuşa məsələsində işğalçılarla həmrəy olmaq şərəfsizlik sayılmır? Bu cür tədbirlərdə iştirak edənlər əgər Azərbaycan təəssübünü çəkirlərsə, Qarabağ acısını yaşayırlarsa, arada bu tədbirin təşkilatçılarına qeyd etdiyim sualı versələr, xəncərlərinin qaşı düşməz ki?”


Müəllif: Kəmalə