24 Aprel 2014 13:29
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partlayışla bağlı FHN məlumat yayıb

Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində həcmi 2000 kub olan neft çənində yanğınla nəticlənən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə nəticəsində çənin içərisində olan neft qalıqları yanmış yüksək temperaturdan çən deformasiyaya uğrayıb. Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Bakıda neft çənində baş verən yanğınla bağlı məlumat açıqlayıb. Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, bu gün səhər saat 09.40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.

Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edilib ki, çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər