1 İyul 2017 13:09
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

DGK-dan Teleqraf.com-a vrerilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin sol qabaq oturacağının söykənəcək hissəsinin içərisində gömrük nəzarətindən gizlədilən müxtəlif forma və çəkidə cəmi 23 ədəd olmaqla, ümumi çəkisi 4,8 kq olan gümüş predmetlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər