1 İyul 2017 13:45
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə son iki ildə master plana uyğun olaraq geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib.

Azərişıq ASC-dən Teleqraf.com-a verilən məlumata görə, ASC yaranandan sonra 65 ədəd qüsurlu və zədələnmiş transformatorlar yenilənərək daha güclüləri ilə əvəz edilib.

Enerji istehlakçıları tərəfindən əvvəllər müşahidə edilən israfçılıq halları aradan qaldırılıb. Füzuli Elektrik Şəbəkəsinin xidməti ərazisində son iki il ərzində 20 ədəd müasir tipli komplekt transformator məntəqəsi quraşdırılıb.

Aprel döyüşlərində işğaldan azad edilən Cocuq Mərcanlı kəndi də Füzuli Elektrik Şəbəkəsi xidməti ərazisində yerləşir. Məhz Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin “Horadiz” yarımstansiyasından 8600 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib, işğaldan azad olunan bu kənd ərazisində müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər