Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, parkda dincələnlər müxtəlif yaşda tanqosevərlərin gözəl rəqsini seyr ediblər.
Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu İlham Osmanov iştirakçılara, həmçinin ustad dərsi verib.
Bazar günü səhər isə uşaqlar üçün idman dərsi olub. 5-16 yaşlı uşaqlar və yeniyetmələr Mərkəzin parkında 5 dəfə Azərbaycan çempionu, Avropanın vitse-çempionu, "Tonus" klubunun məşqçisi Aelita Xələfovanın iştirakı ilə 1 saatdan artıq müddətdə səhər idmanı ediblər.