3 İyul 2017 09:25
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda liftdə qalmış 9 nəfər xilas edilib

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda 9 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.


Müəllif: Şəfiqə