4 İyul 2017 16:48
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə aşkar edilən canlı təhlükəsiz heyvandır.

Bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusivov deyib.

Onun sözlərinə görə, həmin heyvan nadir deyil: “Adı şneyder kərtənkələsidir, tam təhlükəsiz heyvandır. Bu kərtənkələ Azərbaycanın yarımsəhra ərazilərində yayılıb. Zərərli və ziyanverici həşəratlarla qidalanır. Zəhəri isə yoxdur”.

Elman Yusivov qeyd edib ki, televiziyada həmin heyvanı yalnış təqdim ediblər: “Televiziyada kadrlarda heyvanı kürəyi üstə çeviriblər. Deyirlər ki, zəhərlidir. Düzgün deyil”.

Qeyd edək ki, KİV Kürdəmirdə “nadir canlı”nın aşkar edilməsi barədə məlumat yayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər