4 İyul 2017 17:48
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsinin və həmin idarənin Gigiyena və Epidemologiya Mərkəzinin yeni tikilmiş binasının açılışına həsr olunan mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə iştirak edən daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev öncə açılışın rəmzini bildirən qırmızı lenti kəsib.

Sonra yeni şöbə və mərkəzlə tanışlıq olub. DİN Maddi-Texniki Baş İdarəsinin rəisi, general-mayor Elçin Həsənov və Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov binanın birinci mərtəbəsində yerləşən Hemodializ şöbəsinin qeydiyyat sektoru, hemodializ zalı, palata, əməliyyat və tibbi personal üçün ayrılmış otaqlar haqqında məlumat verərək bildiriblər ki, bura beynəlxalq standartlara cavab verən ən müasir texnika, avadanlıq və hermetik qapılarla təchiz olunub, xəstələrin müayinə və müalicəsi, eyni zamanda tibbi personalın rahat şəkildə fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb.

Daha sonra tədbir iştirakçıları binanın ikinci mərtəbəsində yerləşən Gigiyena və Epidemologiya Mərkəzində ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş foto-guşə, saxlanc-server, analizlərin yığılması və qəbulu otaqları, həmçinin bakterialoji laboratoriyada olublar. Bildirilib ki, laboratoriya ən müasir tibbi avadanlıqlarla təchiz edilib.

Mərkəzlə tanışlıqdan sonra nazir müavini İsmət Əliyev tibbi personalla görüşüb, yeni binanın istifadəyə verilməsi münasibətilə DİN rəhbərliyi adından kollektivi təbrik edib. Diqqətə çatdırıb ki, cəmi bir ilə ərsəyə gələn bina ən yüksək standartlara cavab verir. Əsas məqsəd daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə keyfiyyətli, beynəlxalq standartlara cavab verəcək şəkildə tibbi xidmətin göstərilməsi, xəstəliklərin vaxtında aşkar edilməsidir. Yeni mərkəzin faəliyyətə başlamasıyla burada bütün növ analizlərin həyata keçirilməsi mümkün olacaq və xəstələrin xarici ölkələrə göndərilməsinə ehtiyac qalmayacaq.

Nazir müavini onu da vurğulayıb ki, bütün bunlar daxili işlər orqanları əməkdaşlarına ölkə və DİN rəhbərliyinin diqqət və qayğısının nəticəsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər