4 İyul 2017 22:17
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qədər əvvəl Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin ciddi təxribatı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə bu dəqiqəyə olan məlumata görə, kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var.

Kəndin təsərrüfat sahələrinə xeyli ziyan dəyib, sakinlərin evləri dağıdılıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

/Qafqazinfo/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər