Bu sözləri Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, məhsuldarlıq iqlim şəraitindən sığortalanmayıb: “Hələ ki ciddi fəsad yoxdur. Düzdür, taxıl yığımı ərəfəsində yağışların yağması biçini müəyyən qədər ləngitdi, ancaq ümumi götürəndə elə bir ciddi təsiri yoxdur.
Hazırda taxıl biçini davam edir, sahələrin 50 faizdən çoxu biçilib. İyulun sonu, avqustun əvvəli biçinin tamamilə yekunlaşması gözlənilir. Yağışın-leysanın yazlıq əkinlərə də elə bir mənfi təsiri yoxdur.
Bu aylarda daha çox bostan və tərəvəz məhsulları olur. Bazarlarda istər bostan məhsulu, istərsə də tərəvəzlər sarıdan bolluqdu. Qarpızın, yemişin qiyməti 20-25 qəpikdir. Bu da bolluqla əlaqədardır”.