6 İyul 2017 14:51
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

O, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada tibbi müayinə nəticəsində vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 1,40 qram olan narkotik vasitə - metadon və 2 ədəd bağlamada xalis çəkisi 65,316 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər