10 İyul 2017 17:49
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 10-dan 13-dək Azərbaycanda səfərdədir. Səfər Azərbaycan Mətbuat Şurası ilə İranın sözügedın dövlət qurumunun Mətbuat və İnformasiya Departamenti arasında ötən ilin noyabrın 9-da imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində gerçəkləşir.

Bu barədə Teleqraf.com-a Mətbuat Şurasından məlumat verilib.

İrandan ölkəmizə təşrif buyurmuş nümayəndə heyətinin tərkibinə H.Entezami ilə yanaşı, Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın Xəbər Onlayn Agentliyinin baş redaktoru Cavad Məhacer, islam respublikasının Naşravran təşkilatının İdarə Heyətinin üzvü Seyid Cəfər Haşemi və İranın Xarici İşlər Nazirliyinin media və ümumi siyasət idarəsinin rəis müavini Həmid Əhmədi daxildir.

Səfər proqramında nümayəndə heyətinin üzvlərinin KİV rəhbərləri ilə ümumi toplantısının keçirilməsi, həmçinin ayrı-ayrı redaksiyalarda olmaları, rəsmi şəxslərlə, deputatlarla görüşləri, ölkəmizin tarixi yerlərinə səyahətləri nəzərdə tutulub.


Müəllif: Səxavət

Oxşar xəbərlər