Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, həmin məbləğin 93,6 faizini əmək haqları, 4,8 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.
Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanunu azad edilmələri barədə müraciətləri də diqqətlə araşdırılıb və qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildikləri müəyyən olunan şəxslərin əmək hüquqlarının müdafiəsi təmin edilərək onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.