FHN-dən Teleqraf.com-a verilən məlumata görə, iyulun 8-9-da keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 7 ədəd su nəqliyyatı vasitəsinin müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyən edilib.
Bakı şəhəri, Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən Novxanı çimərliyində 2 ədəd hidrosikl və 1 ədəd mühərrikli taxta qayıq, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyində 1 ədəd dövlət qeydiyyatından keçməmiş hidrosikl, Türkan qəsəbəsindəki Türkan çimərliyində 1 ədəd katamaran, Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Bilgəh çimərliyində 1 ədəd hidrosikl və Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Hövsan çimərliyində 1 ədəd mühərrikli taxta qayığın müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyən edilib.
Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.