12 İyul 2017 14:07
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial mənzil şəhərciyində yalnız güzəştli kateqoriya üçün deyil, güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması nəzərdə tutulacaq.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, MİDA Məhdud Məsuliyyətli Cəmiyyət 3 yaşayış binasının (ikisi 12 mərtəbəli 1 bloklu, biri 9 mərtəbəli 2 bloklu) tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb: “İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.

Digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək. Şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcək”.

Vüqar Bayramov qeyd edib ki, mənzillərin qiyməti baha olacaq: “Gözlənilir ki, həmin binalardakı mənzillərin qiyməti sosial mənzillərə nisbətən daha yüksək olacaq. Təbii ki, “MİDA” həmin binalardakı mənzillərin qiymətinə müdaxilə etməyəcək, bu birbaşa əmlak bazarındakı qiymətlərə uyğun olacaq. Bununla yanaşı, əgər vətəndaşın güzəştli statusu yoxdusa və sosial mənzil şəhərciyində evə sahib olmaq istəyirsə, sözügedən 2 binadakı mənzillərə müraciət etmək hüququ olacaq. Eyni zamanda 60 mənzillik 12 mərtəbəli binanın pulsuz olacaq MİDA-nın sərəncamına verilməsi sosial evlərin ümumi xərcinin, eləcə də sosial mənzillər üçün aylıq ödəniş məbləğinin azalmasına səbəb ola bilər”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər