12 İyul 2017 16:25
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin SOCAR-dan ayrılıb ASAN xidmətə verilməsi xəbəri doğru deyil.

Bunu Teleqraf.com-a açıqlamsında “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, yayılan məlumatlar əsassızdır: “İstehsal Birliyinin loqosunda dəyişiklik struktur dəyişikliyi demək deyil. “Azəriqaz” SOCAR-dan ayrılıb, başqa quruma verilmir. Sadəcə qurum özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması üçün həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirib”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyinin SOCAR-dan ayrılaraq, ASAN-a birləşdirilməsi xəbəri yayılıb.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bir neçə gün öncə feysbuk profilində “Azəriqaz”ın yeni loqosunda SOCAR-ın qeyd edilməməsi yaxın günlərdə qurumun müstəqil olacağı ehtimalını yaratdığını bildirib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər