12 İyul 2017 18:34
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizli gənc ixtiraçı Xəlil Nəzəri nüfuzlu mükafata layiq görülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın “INPEX” Böyük İxtira Yarışlarının birincilər sırasına daxil olan iştirakçıların siyahısını açıqlayıb.

Məlumata görə, azərbaycanlı ixtiraçı “Şəhərdə toz probleminin həlli üçün HL bitki ötüyü ilə torpağın üst səthini örtmək” layihəsini təqdim edərək, festivalın xüsusi mükafat və medalına sahiblənib. O, 40 ölkənin nümayəndəsi tərəfindən 800 ixtiranın təqdim olduğu festivalda 2017-ci ilin ən yaxşı ixtiraçısı adına layiq görülüb.

Yarışda ABŞ, Fransa, Hollandiya, Almaniya və Çin kimi inkişaf etmiş ölkələrin nümayəndələri iştirak edib.

Xəlil Nəzəri 1981-ci ildəTəbrizdə dünyaya göz açıb. O, yapışqan və kimyəvi maddələr sənayesi zavodunun sahibidir.


Müəllif: Samir

Oxşar xəbərlər