12 İyul 2017 20:38
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə məhkəməsi İstanbulda türk kişiləri döyən irlandiyalı boksçu Mohammed Fadeldabbousa bəraət verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaldığı otellə üzbəüz mağazadan su almaq istəyən turist dolabın qapısını sərt açdığı üçün qablar yerə dağılıb. Bundan sonra onunla satıcı arasında mübahisə başlayıb.

Kənardakı satıcıların da qoşulduğu mübahisə qısa müddətdə davaya çevrilib. Eyni anda bir neçə satıcı turistə hücum edərək əllərindəki ağac, oturcaq və digər əşyalarla ona zərbələr endirməyə çalışıblar. Lakin irlandiyalı turist peşəkar boksçu olduğundan satıcıları bir-bir nokauta salıb.

Elə həmin gün tərəflər məhkəməyə müraciət ediblər. Bu gün Aksaray məhkəməsi qərarını açıqlayıb.

Məhəkəmə əcnəbi boksçunun özünü müdafiə etdiyini bəyan edərək ona bəraət verib. Türk satıcılar isə "qəsdən yaralama" ittihamı ilə 3 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər.


Müəllif: Ruslan

Oxşar xəbərlər