Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Müdafiə naziri Zakir Həsənov "RİA Novosti" agentliyinə müsahibəsində deyib:
"Silah alınması hərətəfli məsələdir. Bir tərəfdən, şablonlardan qaçmaq lazımdır, digər tərəfdən isə müxtəliflik xidmətdə çətinliklər yaradır. Bu çox çətin məsələdir".
Nazir əlavə edib ki, Rusiyadan tankların, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və “Msta-S” qurğularının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib, Bakı ödənişlər edib və silahlar uğurla tətbiq edilir.