13 İyul 2017 20:03
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ terror təşkilatının dünyadakı şəbəkəsinin fəaliyyətinə baxdıqda çevriliş cəhdinin tam əks şəkildə, neqativ formada dünyaya çatdırıldığını görürük.

Bunu Teleqraf.com-a açıqlamasında “TRT World”ün xəbərlər redaksiyasının direktoru Fateh Ər bildirib. “Biz türk xalqı olaraq bu təəssüratı dağıtmaq istiqamətində mübarizə aparırıq”, deyən F.Ər sadəcə Azərbaycanda deyil, Yaponiyadan tutmuş Belçikayadak bu cür tədbirlər təşkil etdiklərini vurğulayıb.

F.Ər qeyd edib ki, bundan əlavə yayımlarında çevrilişə cəhdin nə üçün həyata keçirildiyi, FETÖ terror təşkilatının iç üzü ilə də bağlı detallı bilgilər verirlər.

TRT yetkilisi bu istiqamətdə ilk tədbirin Bakıda keçirildiyini vurğulayıb: “İlk olaraq Azərbaycandan başladıq. Çünki çevriliş zamanı türk xalqının Azərbaycanın istər rəhbərliyindən, istərsə də xalqından nə qədər böyük dəstək aldığını bilirik. Eyni zamanda Belçikada, Bosniyada, Yaponiyada, ABŞ-da da bu cür tədbirlər keçiriləcək. Ümumilikdə, 12 ölkədə bu cür tədbirlər keçiriləcək. Çevrilişə iyulun 15-də cəhd edildiyi üçün hədəfimiz bununla bağlı 15 ölkədə tədbir keçirmək idi. Hazırda 12 ölkədə tədbir keçirəcəyimiz dəqiqləşib. Digər 3 ölkə ilə bağlı bir sıra məsələlər hazırda dəqiqləşdirilir. Bakıda başladığımız tədbirlərin sonuncusunu Ankarada keçirərək bu prosesi tamamlayacağıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər