14 İyul 2017 17:22
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkə məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bununla Ramil Babazadə 11 il əvvəl qazanılan uğuru təkrar edib.

Bu mötəbər elm yarışında həmçinin Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər