Teleqraf.com DHA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Nişanyanın özü feysbukda məlumat verib.
O, həbsxanadan necə qaçdığını deməyib.
“Quş uçdu, darısı geridə qalan 80 milyonun başına", deyə Nişanyan qeyd edib.
DHA-ya açıqlamasında Nişanyan qeyd edib ki, həbsxanaya dönmək fikirində deyil.
Qeyd edək ki, o, 17 il azadlıqdan məhrum edilmişdi. Erməni əsilli yazıçı həbsxananı tərk etdikdən dərhal sonra ölkəni də tərk edib. Nişanyan qanunsuz tikinti işləri aparmaqda ittiham olunaraq həbs edilmişdi