17 İyul 2017 12:46
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda yaşayan bir ailənin nikahdan əvvəl verdiyi qan analizinin nəticələrinin səhv göstərilməsi məsələsi yenidən araşdırılacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, Cəlilabad rayonun Uzuntəpə kəndində yaşayan Rüstəm və Səkinə Əzimovalar yenidən analiz verməlidirlər: “Qızın atası mənə zəng etmişdi. Dedi ki, sizlik nəsə yoxdur. Mən ataya da bildirdim ki, uşağın valideynləri yenidən Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna gəlib analiz verilməlidir. Cütlük 2015-ci ildə müyainə olublar. Nikah öncəsi müyinə zamanı qan rayonda götürülüb, İnstituta göndərilib. Həmin vaxt proqram təzə başlamışdı. Bəlkə probelka məsələsində problem ola bilər. Rayonun laboratoriyasından da soruşdum. Onlar bildirdi ki, Bakıya həmin qan nümünəsinin göndərilməsi dəqiqidir”.

Direktor bildirib ki, aparatın səhv etmək şansı yoxdur: “Biz valideynləri yenidən dəvət etmişik ki, müayinə edək. Rayondakı analizlərin də sürətlərini gətizdirəcəyik. Baxaq ki, hansı mərhələdə nə baş verə bilər. Mində bir problem ola bilər. O da insan faktorudur. Nikan öncəsi müayinə başlayanda 1-2 ay barikod vurmurdular. İlk hadisədir belə olur”.

Zöhrə Əlimirzəyeva qeyd edib ki, cütlük 2014- cü ildə evlənib: “ 2015- ci ildə isə nikaha daxil olublar. Nikaha girmək üçün analiz verəndə Səkinə Əzimova 5-6 aylıq hamilə imiş. Həmin dövrdə də perinatal müayinənin vaxtı keçmiş olur. Nikandan öncə müayinə zamanı 300 mindən çox adam yoxlanılıb. Hər şey öz qaydasında gedir. 105 cütlüyün 40-da perinatal müyinə olunub. Analizlər üst-üstə düşür. Problem yarananda biz onları təkrar İnstituta dəvət edirik və genetik analiz aparılır. Ancaq qeyd edim ki, müayinə aparatları Fransadan gətirilmiş ən yeni aparatladır. Bu aparatların səhv etmə ehtimalı sıfıra yaxındır. Bir daha qeyd edirəm ki, məsələ araşdırılacaq”.

Qeyd edək ki, Xezerxeber-in yaydığı məlumata görə, Cəlilabadda yaşayan bir ailə nikahdan əvvəl verdikləri qan analizinin nəticələrinin səhv göstərilməsinin qurbanına çevriliblər. Rüstəm və Səkinə Əzimovalar 2015-ci ildə rəsmi nikaha girmək üçün qan analizi veriblər. Bir müddət sonra Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutundan onlara gələn rəsmi cavabda göstərilib ki, tərəflərin qanlarında nikaha əngəl ola biləcək hər hansı bir xəstəlik qeydə alınmayıb. Ailə quran cütlüyün bir müddət sonra övladları dünyaya gəlib. Körpənin 3 ayında səhhətində müəyyən dəyişkənlik olduğu üçün həkimə müraciət ediblər. Yaş yarımlıq yeganə övladlarını isə hər həftə qan köcürməklə həyatda tuta bilirlər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər