Teleqraf.com xəbər verir ki, bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ürək şişlərinin 80 faizi xoşxassəli olur: "Onların da müalicəsi fəsadsız olur. Əməliyyat olunanların vəziyyəti yaxşıdır".
Cərrah qeyd edib ki, Azərbaycanda ürək transplatiyasının tətbiqi üçün heç bir texniki problem yoxdur: "Burada problemin kökündə insanların beyin ölümündən sonra ürək orqanını bağışlaması məsələsi durur. Ölkədə donorluq mədəniyyətini aşılamalıyıq. Çünki belə hadisələr hamımızın başına gələ bilər. 2009-cu ilin məlumatına görə, dünyada 88 mindən çox insanda ürək transplatasiya həyata keçirilib".
Rəşad Mahmudov qeyd edib ki, bu gün dünyada hər 1000 uşaqdan 8-12-si anadangəlmə ürək qüsuru ilə doğulur.