Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O, bunun ziyarətgahlarda toplanan vəsaitlə bağlı yanlış təsəvvürü aradan qaldıracağını bildirib: “İnsanlar bilməlidir ki, hətta böyük dini bayramlardan sonra belə bu ziyarətgahlarda düşünüldüyü qədər böyük vəsaitlər toplanmır”.
M.Qurbanlı onu da vurğulayıb ki, dini ianə ilə imamları yaşatmağın mümkün olması ilə bağlı fikirlər yanlışdır: “Onlar da maaş almalıdır, çünki məscidlərin özünün xərcləri var. Media buna diqqət etməlidir. Həmçinin bəzi mətbuat orqanlarında bəzən "dini qrupların lideri" kimi ifadələr də görürük. Hesab edirəm ki, bu da yanlış yanaşmadır”.