18 İyul 2017 19:08
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi Azərbaycan qeyri-neft sektoruna sərmayə qoyulan ölkəyə çevrilir."

Teleqraf.com məlumatına görə, bunu Türkiyə gömrük və ticarət naziri Bülənt Tüfənkçi ilə keçirilən brifinqdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Ölkədə qanunvericiliyində həyata keçirilən islahatlardan danışan A.Əliyev deyib ki, bu islahatlar Türkiyə ilə iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmağa imkan verib: "Biz, ilk növbədə, Tükiyə iş adamlarının Azərbaycana daha çox sərmayə qoymalarını istəyərdik".

O, həmçinin Türkiyə ilə birgə istehsalatın yaradılmasının və istehsal olunan malların satışının vacibliyindən danışıb: "Azərbaycanda istehsal olunan mallara MDB-də böyük tələbat var və bəzi hallarda vergidən azaddır".

DQK sədri iki tərəf arasında mövcud problemlərə də toxunub, işlərin düzgün qurulmasını və icra olunmasını xahiş edib.

Sonda A.Əliyev iqtisadiyyat sahəsində olan statistik məlumatların dinamik artımı xarakter daşıyacağını söyləyib: "Ümid edirəm ki, bu artım yalnız ticarətə deyil, eyni zamanda qarşılıqlı sərmayələr sayəsində müşahidə olunacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər