19 İyul 2017 08:17
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və İtaliyadan olan arxeoloqlar qrupu Qaziantep əyalətinin Karkamış şəhərində nekropol ərazisində apardıqları qazıntılar zamanı qədim səhənglər aşkarlayıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qazıntılara başçılıq edən İtaliyanın Bolonya Universitetinin müəllimi, professor Nikolo Marçetti bildirib ki, Karkamış antik şəhəri miladdan əvvəl 2-ci minillikdə Anadolu və Mesopotamiyada hökm sürən hititlərin mühüm şəhərlərindən biri olub:

“Türkiyənin ən geniş memarlıq qazıntı sahələrindən biri olan Karkamışda bu vaxta qədər dəmir dövrünə, qədim Hititlər zamanına aid qalıqlar tapılıb. Bu il isə Hitit imperatorluğuna aid təbəqələrə çatmışıq. Karkamış krallığına dair əhəmiyyətli məlumatlar əldə etmişik. Bu məlumatlar işığında tarixdə yeni səhifələr yaza biləcəyik.

Şəhərin nekropol sahəsində o dövrdə tabut olaraq istifadə edilən küplər, ölülərin küllərinin qoyulduğu gil qablar, vazalar və bəzək əşyaları tapılıb. Bunlardan ən maraqlısı miladdan əvvəl 1700-ci ilə aid, üzərində gülücük işarəci olan şərbət qabıdır. Yəqin dünyanın ən qədim gülümsəmə işarəsi olan qabıdır. Usta bu işarədən nə məqsədlə istifadə edib, nəyi demək istəyib, bilmirik. Yaxınlarda tarixi əsər bərpaçı-usta tərəfindən birləşdirildi və ortaya bənzərsiz bir qab çıxdı. Bu şərbət qabı və digər arxeoloji tapıntılar Qaziantep Arxeologiya Muzeyinə təhvil veriləcək”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər