Bu sözləri Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Teleqraf.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, radiorabitə qurğusundan gündəlik istifadə edənlər olur:
“Radiorabitə bütün vaqonlarda olduğu üçün lazım olanda, hətta lazım olmayanda da istifadə edirlər. Maşinist normal şəkildə qatarı idarə edir. Yalnız hansısa hadisə zamanı reaksiya verir. Bəzən maneə olanlar da olur. Amma kimsə düyməyə basıb nəsə deyirsə, neyləyə bilərik? Ümumilikdə isə maşinistlə radiorabitənin statistikasını tutmuruq”.
Qeyd edək ki, Bakı Metropoliteni QSC istismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitənin bundan sonra keyfiyyəti ilə seçiləcəyi , bu məqsədlə artıq qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılacağı barədə məlumat yayıb.